AZ

Məktəblilər yayda təmizlik işlərinə cəlb oluna bilərmi?

Rusiyada məktəblilərin yay tətili dövründə məktəb ərazisinin təmizlənməsi və abadlaşdırılması işlərinə cəlb edilməsi müəyyən şərtlərlə qanunidir.

Publika.az xəbər verir ki, bu barədə hüquqşünas Vyaçeslav Peçnikov “Qazeta.ru”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu cür işlər yalnız təhsil proqramında nəzərdə tutulduğu halda məcburi ola bilər. Əks halda, şagirdlərin və valideynlərin razılığı olmadan onları əmək fəaliyyətinə cəlb etmək qadağandır.

Hüquqşünas vurğulayıb ki, yeniyetmələrin sağlamlığına və inkişafına zərər vura biləcək, həmçinin təhlükəli şəraitdə görülən işlərə cəlb edilməsinə yol verilmir. Məktəblər uşaqların yaş və fiziki imkanlarını da nəzərə almalıdır.

Seçilən
16
publika.az

1Mənbələr