AZ

Takaiti Pezeşkianı çeviklik nümayiş etdirməyə çağırıb

Xalqcebhesi saytından alınan məlumata görə, ain.az bildirir.

Yaponiyanın Baş naziri Sanae Takaiti bazar ertəsi İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

Xalqcebhesi.az xəbər verir ki, "Nippon" agentliyinin verdiyi məlumata görə, zəng zamanı Baş nazir ABŞ və İran arasındakı münaqişənin ən qısa müddətdə nizamlanması üçün maksimum çeviklik nümayiş etdirməyə çağırıb.

Yaponiya tərəfinin bildirdiyinə görə, Takaiti Tehran və Vaşinqtonun danışıqlarda daha çevik yanaşma sayəsində qısa müddətdə saziş əldə edə biləcəklərinə dair gözləntilərini ifadə edib.

Bundan əlavə, Yaponiyanın Baş naziri Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
icma.az

1Mənbələr