Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 1 iyun, AZƏRTAC
Tacikistan enerji balansının şaxələndirilməsi məqsədilə Günəş və külək enerjisi layihələrinin inkişafını sürətləndirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Tacikistanın energetika və su ehtiyatları nazirinin müavini Şərif Səfərəli Məhmədzoda
Bakı Enerji Forumunda “Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq” mövzusundakı plenar müzakirəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda Tacikistanda elektrik enerjisinin 98 faizi hidroenergetika hesabına istehsal olunur.
“Bununla yanaşı, iqlim dəyişikliyi ölkənin hidroloji rejiminə birbaşa təsir göstərdiyindən enerji mənbələrinin şaxələndirilməsi prioritet istiqamətlərdən biri hesab edilir. Tacikistanın 2030-cu ilədək Milli İnkişaf Strategiyası enerji balansının diversifikasiyasını nəzərdə tutur. Bu çərçivədə 2027-ci ilədək Günəş və külək enerjisi obyektlərinin ümumi quraşdırılmış gücünün ən azı 1500 meqavata çatdırılması planlaşdırılır. Bu istiqamətdə beynəlxalq və özəl tərəfdaşların dəstəyi ilə artıq praktiki işlər həyata keçirilir”,- deyə o əlavə edib.
Foto - Səfiyar Məcnun
Operator - Mirrəsul Cəfərov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.