PSJ yay transfer dövründə heyətində ciddi dəyişikliklər etməyə hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, komandanın kapitanı Markinyos gələcəyi qeyri-müəyyəndir. İngiltərə klublarının maraq göstərdiyi Bredli Barkola da ayrılığa yaxın futbolçular arasında göstərilir.
Bundan başqa, qapıçı Luka Şevalye, yarımmüdafiəçi Li Kan İn və hücumçu Qonsalu Ramuşun da daha çox oyun praktikası qazanmaq üçün klubu tərk etmək istədiyi bildirilir.
Eyni zamanda, Paris təmsilçisi yeni transferlər üzərində işləyir. Klubun Elye Krupi, Yan Diomande, Maqnes Akliuş, Dioqu Koşta və Xulian Alvareslə maraqlandığı vurğulanır.