AZ

AK: Ukrayna hələ €90 milyardlıq yardımın ilk tranşını tam olaraq almaya hazır deyil

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa Komissiyası (AK) bildirib ki, Ukrayna hələ €90 milyardlıq maliyyə paketinin ilk tranşı – €9,1 milyard – üçün bütün texniki tələbləri yerinə yetirməyib. Buna baxmayaraq, AK iyun ayının sonuna qədər Kiyevə vəsaiti köçürməyi planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə EK-nin nümayəndəsi Balaş Uyvari məlumat verib.

“Ukrayna tərəfdən hələ bir neçə texniki addım həll edilməmiş qalır. Bundan sonra Avropa Komissiyası qiymətləndirəcək ki, büdcə maliyyələşdirilməsini ayırmaq üçün bütün tələblər yerinə yetirilib, ya yox. Məqsəd iyun ayı ərzində €9,1 milyardın Ukraynaya göndərilməsidir. Bunun €5,9 milyardı hərbi ehtiyaclara, əsasən pilotsuz uçuş aparatlarına (dronlar) yönəldiləcək, qalan €3,2 milyard isə dövlət büdcəsi üçün istifadə olunacaq,” – deyə Uyvari vurğulayıb.

Uyvari əlavə edib ki, hərbi məqsədlər üçün nəzərdə tutulmuş €5,9 milyard prioritet olaraq Ukraynanın yerli sənayesi və ya Avropa İttifaqı ölkələrindən dronların alınmasına xərclənməlidir. Yalnız əgər zəruri silah və avadanlıqlar təmin olunmasa, Kiyev digər tərəfdaş ölkələrdən bu ehtiyacları ödəyə biləcək.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
bizimyol.info

1Mənbələr