AZ

Konfrans Liqasının finalında uduzan mütəxəssis "Vilyarreal"da - RƏSMİ

İspaniyanın elita təmsilçilərindən olan "Vilyarreal" yeni baş məşqçisinin adını açıqlayıb.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda İnyiqo Peresə tapşırılıb.

Sözügedən mütəxəssis 3 illik müqaviləyə imza atıb. Sabah "Keramika" stadionunda Peresin təqdimat mərasimi baş tutacaq.

Xatırladaq ki, Peresin son iş yeri bir neçə gün öncə ayrıldığı "Rayo Valyekano" olub. O, Madrid təmsilçisi ilə UEFA Konfrans Liqasının finalına yüksəlib. Həlledici matç "Kristal Pelas"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Nihat

Seçilən
12
1
fanat.az

2Mənbələr