AZ

"Abşeron" yatağından Türkiyəyə qaz nəql ediləcək

Türkiyənin BOTAŞ (Boru Xətləri ilə Neft Daşıma AŞ), Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR), Fransanın "TotalEnergies" şirkəti və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında yeni 15 illik təbii qaz təchizatına dair müqavilə imzalanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, müqavilənin imzalanması Bakı Enerji Həftəsi çərçivəsində həyata keçirilib.

Bildirilir ki, bu müqavilə çərçivəsində "Abşeron" yatağında yeni istehsal investisiyalarının bir hissəsi olaraq, 2029-cu ildən etibarən Türkiyəyə ümumilikdə 33 milyard kubmetr təbii qaz nəql olunacaq.

"Türkiyənin enerji sahəsində mərkəzi ölkəyə çevrilmək vizyonunu dəstəkləyən bu strateji addım, ölkəmizin, bölgəmizin və Avropanın enerji təchizatı təhlükəsizliyinə əhəmiyyətli töhfələr verəcək", - deyə nazirliyin məlumatında bildirilib.

Xəbərdə bildirilir ki, müqavilənin imzalanması mərasimində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.

 

Seçilən
28
2
bakivaxti.az

3Mənbələr