AZ

"Ölüm Gəmisi" yenidən yola ÇIXIR

Yazını böyüt
Yazını kiçilt

Həftələrdir dünya miqyasında yaxından izlənilən və hantavirus halları səbəbindən xəbərlərdə yer alan Hollandiya bayrağı altında üzən "MV Hondius" sərnişin gəmisi yenidən yola çıxacaq.

Gəminin operatoru olan Oceanwide Expeditions tərəfindən verilən açıqlamada, 29 mayda Hollandiya İctimai Səhiyyə Agentliyi (GGD) tərəfindən yoxlanılan gəmiyə 30 may tarixindən etibarən fəaliyyətə davam etmək üçün icazə verildiyi bildirilib.

Bəyanatda gəminin əvvəlki səyahətində xidmət edən bütün heyət üzvlərinin təxliyə edildiyi və karantinə alındığı, gəmiyə təyin olunmuş yeni heyətin isə karantindəki işçilərlə heç bir əlaqəsinin olmadığı bildirilib.

Bəyanatda "MV Hondius" sərnişin gəmisinin Rotterdamda illik texniki xidmət və yoxlamaların başa çatmasından sonra 6 iyunda Svalbard arxipelaqındakı Longyearbyen limanına yola düşəcəyi bildirilib. Həmçinin qeyd edilib ki, gəmi Arktika mövsümünün ilk turist səyahəti üçün 13 iyunda Longyearbyen limanından yola düşəcək.

Seçilən
60
hafta.az

1Mənbələr