AZ

Məşhur aparıcı 10 hektar torpaq aldı: Görün nə işlə məşğul olacaq - FOTO

Rusiyalı aktrisa və teleaparıcı Evelina Bledans Krımda 10 hektar torpaq sahəsi alaraq fermerlik fəaliyyətinə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə o, NTV kanalında yayımlanan "Ulduzlar görüşdü" verilişində danışıb.

"Fermer təsərrüfatım artıq qeydiyyatdan keçib. İki hektar şaftalı bağı, iki hektar da çox dadlı süfrə üzümü sahəm var. İndi torpağa, kənd təsərrüfatına üz tuturam", - deyə Bledans bildirib.

Onun sözlərinə görə, Krıma çatmaq düşündüyündən daha asandır.

Aktrisa yay mövsümünün böyük hissəsini həmin ərazidə keçirməyi planlaşdırır. O qeyd edib ki, torpaq üçün götürdüyü ödəniş öhdəliklərini hələ tam bağlamadığından ərazidə ev tikməyib.

Seçilən
25
publika.az

1Mənbələr