AZ

“Şəms” uşaq bağçasının kollektivi BDU-da

Bakı, 1 iyun, AZƏRTAC

Bakı Dövlət Universitetində “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Şəms” uşaq bağçasının kollektivi üçün infotur təşkil olunub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, infotur çərçivəsində uşaqlar üçün rəsm üzrə ustad dərsi təşkil olunub. Ustad dərsi zamanı uşaqlar sevdikləri cizgi film qəhrəmanlarının rəsmlərini çəkərək yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər.

Daha sonra BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin uşaqlar üçün musiqili proqramı nümayiş olunub. Proqramda “Cip-cip cücələrim”, “Kuklam”, “Tıq-tıq xanım” və “Biz mehriban ailəyik” adlı musiqi nömrələri təqdim edilib. Uşaqlar müxtəlif şeirlər səsləndiriblər.

Daha sonra bağçanın kollektivi ilə birlikdə BDU-nun muzeylərinə ekskursiya təşkil olunub. Uşaqlar Universitetin Heydər Əliyev, Təkamül, Faydalı qazıntılar muzeylərində eksponatlarla tanış olublar.

 

Seçilən
17
1
azertag.az

2Mənbələr