AZ

Bu dərmanlarının şişlərin inkişafını ləngidə biləcəyiAŞKARLANDI

Finlandiyanın Oulu Universiteti və Şərqi Finlandiya Universitetinin alimləri anemiyanın müalicəsində istifadə olunan bəzi preparatların xərçəngə qarşı təsir göstərə biləcəyini müəyyən ediblər.

Redaktor.az xəbər verir ki, “Redox Biology” jurnalında dərc olunan araşdırmada xroniki böyrək xəstəliyi olan pasiyentlərdə anemiyanın müalicəsi üçün istifadə edilən HIF-PHI sinfinə aid dərmanlar tədqiq edilib. Bu preparatlar eritrositlərin yaranmasını stimullaşdırır və orqanizmin oksigen çatışmazlığına uyğunlaşmasına kömək edir.

Tədqiqat zamanı alimlər gözlənilməz nəticə ilə qarşılaşıblar. Məlum olub ki, həmin dərmanlar hüceyrələrin böyüməsini ləngidə və yeni qan damarlarının yaranmasını zəiflədə bilir. Bu xüsusiyyət onkologiyada xüsusi əhəmiyyət daşıyır, çünki şişlərin inkişafı üçün geniş qan damarları şəbəkəsi vacibdir.

Araşdırma müəlliflərini ən çox təəccübləndirən məqam isə bu təsirin əvvəllər preparatların təsir mexanizminin əsas hissəsi hesab edilən bəzi zülallar olmadan da müşahidə edilməsidir. Bu, dərmanların hüceyrə metabolizminə və toxumaların inkişafına təsir göstərən hələ məlum olmayan mexanizmlərinin mövcudluğunu göstərir.

Alimlərin fikrincə, bu kəşf xərçəngin müalicəsində yeni yanaşmaların hazırlanmasına töhfə verə bilər. Çünki bir çox onkoloji xəstələr həm şişin özü, həm də kimyaterapiyanın təsiri nəticəsində anemiyadan əziyyət çəkirlər.

Mütəxəssislər bildirirlər ki, nəticələr gələcək tədqiqatlarla təsdiqlənərsə, HIF-PHI preparatları eyni vaxtda həm anemiyanın korreksiyası, həm də bədxassəli şişlərin inkişafının ləngidilməsi üçün istifadə oluna bilər. Bununla belə, alimlər qeyd edirlər ki, söhbət hələ ilkin nəticələrdən gedir və klinik effektivliyin qiymətləndirilməsi üçün əlavə araşdırmalara ehtiyac var.

NURİYYƏ

Seçilən
39
2
redaktor.az

3Mənbələr