AZ

Küveyt: Hava hücumundan müdafiə sistemləri işləkdir

Küveyt ordusu ölkəni hədəf alan raket və pilotsuz təyyarə hücumlarına hava hücumundan müdafiə sistemləri ilə cavab verdiyini açıqladı.

Turkustan.az xəbər verir ki, Küveyt ordusunun X sosial media platformasındakı rəsmi hesabında hava hücumundan müdafiə sistemlərinin dron və raket hücumlarını ələ keçirməyə çalışdığı bildirilib.

Bəyanatda ölkədə eşidilən partlayış səslərinin hava hücumlarından müdafiə sistemlərinin hücumların qarşısını alması ilə əlaqəli olduğu və vətəndaşların təhlükəsizlik təlimatlarına əməl etmələri tövsiyə edildiyi bildirilib.

Bəyanatda hücumların mənbəyi və ya xarakteri barədə ətraflı məlumat verilməyib. Küveytin rəsmi xəbər agentliyi KUNA ölkə daxilində siren səslərinin eşidildiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
39
turkustan.az

1Mənbələr