AZ

Britaniya “Gənc Türklər”in ölkəyə girişinə qadağa qoydu

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Britaniya solçu türk-amerikan media nümayəndəsi Cenk Uyğur və onun qardaşı oğlu, ABŞ-ın solçu şərhçisi və nüfuz sahibi Həsən Pikerin ölkəyə girişinə qadağa qoyub.

Axar.az xəbər verir ki, bu barədə onlar özləri məlumat yayıblar.

Bi Böyük Britaniya onları tədbirlərdə çıxış etmək üçün ölkəyə buraxmayıb.

Məşhur Yutub kanalı “Gənc Türklər”in (“The Young Turks”) aparıcılarından olan Uyğur və Piker iddia edirlər ki, onlara qoyulan qadağa İsraillə bağlı mövqeləri ilə əlaqədardır.

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi isə bildirib ki, Uyğur və Pikerin səyahət icazələri ləğv edilib, çünki onların Birləşmiş Krallıqda olması ictimai maraqlara uyğun olmaya bilər.

Nazirliyin açıqlamasında İsrailin adı çəkilməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
axar.az

1Mənbələr