AZ

BDU da gimnaziya şagirdləri üçün infosessiya

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 1 iyun, AZƏRTAC

Bakı şəhəri Səttar Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın X sinif şagirdləri üçün Bakı Dövlət Universitetində (BDU) infosessiya keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, şagirdlər universitetin Heydər Əliyev, Təkamül, Faydalı qazıntılar muzeyləri ilə tanış olublar.

İnfosessiya zaman şagirdlərə son illər BDU-da aparılan yenidənqurma işləri, tədris prosesində tətbiq olunan yeniliklər, universitetin nüfuzlu beynəlxalq reytinqlərdə əldə etdiyi yüksək nəticələr, tələbələrin yerli və beynəlxalq uğurları barəsində məlumat verilib. Şagirdlər BDU ilə xarici ali təhsil müəssisələri arasında imzalanan əməkdaşlıq memorandumları və ikili diplom proqramlarının yaratdığı geniş imkanlar haqqında da məlumatlandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
azertag.az

1Mənbələr