ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Rusiya hakimiyyəti cərimələrlə bağlı yenilik hazırlayır.
“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, hökumət əlavə yoxlamalar aparmadan və vətəndaşla əlaqə saxlamadan dronlar tərəfindən toplanan məlumatlara əsasən inzibati cərimələrin yazılması üçün mexanizm hazırlayır.
"Kommersant"ın məlumatıan görə, hökumət artıq bu məsələ üzərində işləyir. Monitorinq və nəzarət məqsədləri üçün dronların daha geniş istifadəsini təmin etməkdən ötrü xüsusi işçi qrupu yaradılıb. Ona iqtisadiyyat nazirinin müavini Aleksey Xersontsev rəhbərlik edir.
Nəşr qeyd edir ki, hazırda dronlar qanunsuz torpaq zəbt etmə, zibil atma və kənd təsərrüfatına dair qanun pozuntularını müəyyən etmək üçün istifadə olunur. Lakin hökumət bununla məşdudlaşmaq istəmir. Avtomatik cərimələrin tətbiqi həm qanunvericilik bazasının, həm də dronların texniki imkanlarının təkmilləşdirilməsini, eləcə də toplanmış məlumatların süni intellekt alqoritmləri tərəfindən düzgün təhlilini tələb edəcək.
Hakimiyyət orqanları 2026-cı ildə yoxlamaların və profilaktik tədbirlərin ən azı 10%-ni aparmaq üçün dronlardan istifadə etməyi düşünür.
Yeddi federal qurum iyun ayının sonuna qədər dronlar vasitəsilə aşkar edilə bilən pozuntuların siyahılarını təsdiqləməli və yoxlama fəaliyyətlərini tənzimləyən qaydaları dəyişdirməlidir.
Əmlak məsələlərilə məşğul olan Rosreestr də bu təşəbbüsü dəstəkləyir. Qurum üstəlik, bələdiyyə müfəttişlərinin əmrlərinə əməl edilməməsinə görə cərimələrin kəskin şəkildə artırılmasını təklif edib.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.