Goranboyda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhid övladları, ictimai fəallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində uşaqların hazırladığı musiqi və rəqs nömrələri nümayiş etdirilib, onların əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Eyni zamanda müxtəlif bədii səhnələr, şeirlər və idmançıların təqdim etdiyi idman nümunələri iştirakçılar tərəfindən maraqla izlənilib. Bayram tədbiri uşaqlara xoş ovqat bəxş edərək, iştirakçılar tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılanıb.