“Azərişıq” ASC Abşeron rayonunda yeni yarımstansiya tikəcək.
Banker.az xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən mövcud 6/0,4 kV-luq 919 saylı Paylayıcı Qurğunun əvəzinə 35/6 kV-luq yeni yarımstansiyanın tikintisini həyata keçirəcək.
Layihə çərçivəsində işlərin icrası “Amfa Construction” Qapalı Səhmdar Cəmiyyətinə həvalə olunub. Tərəflər arasında bağlanmış müqavilənin dəyəri 3 milyon 689 min manat təşkil edir.