2025-ci ildə 7 uşaq əcnəbilər tərəfindən övladlığa götürülüb.
Bizim.Media xəbər verir ki, bu barədə “Trend.az”ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ötən il 163 uşağın övladlığa götürülməsi qeydə alınıb.
Onlardan 7 uşaq əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülüb.
2026-cı ilin 1-ci rübü ərzində isə 24 uşağın övladlığa götürülməsi rəsmiləşdirilib. Onların hamısı Azərbaycan Respublikasının vətəndaşları tərəfindən övladlığa götürülüb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta