May ayının 25-də “Dayaq” Sosial Maarifləndirmə İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində 239 nömrəli tam orta ümumtəhsil məktəbində maarifləndirici tədbir keçirildi.
Tədbirdə “Dayaq” Sosial Maarifləndirmə İB-inin sədri Hicran xanım Əliməmmədova, layihənin eksperti Gövhər xanım Quliyeva, 239 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Nisə xanım Fərəcova, Səbail Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Abasağa müəllim Dərbəndli, Səbail Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektor, polis baş leytenantı Gülər xanım Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat şöbəsinin baş məsləhətçisi Rahil müəllim Süleymanzadə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Nigar xanım Əliyeva, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Elvina xanım Əliyeva, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Gülmira xanım Qurbanova, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Zinyət xanım Ağamalıyeva, məkəbin şagirdləri və müəllimləri iştirak edib.
Tədbirdə Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra vətən uğrunda canından keçmiş vətən oğullarını bir dəqiqəlik sükutla yad edilib.
İB-in sədri Hicran xanım Əliməmmədova çıxış edərək, ilk öncə iştirak edən qonaqları və şagirdləri salamlayıb. İB-in sədri Hicran xanım Əliməmmədova layihənin əsas məqsədinin məişət zorakılığı ilə mübarizədə ictimai maarifləndirmənin gücləndirilməsi, xüsusilə yeniyetmələrin və gənclərin hüquqi biliklərinin artırılması olduğunu vurğuladı. O qeyd etdi ki, zorakılığın qarşısının alınmasında cəmiyyətin bütün üzvlərinin məsuliyyəti və fəallığı mühüm əhəmiyyət daşıyır.