AZ

Bakıda yol zolaqlarının düzgün bölüşdürülməməsi ciddi problemlər yaradır -Ekspertdən XƏBƏRDARLIQ

"Şəhər yollarında hərəkətin düzgün tənzimlənməməsi və ya hərəkət təhlükəsizliyinin lazımi səviyyədə qiymətləndirilməməsi ən ağrılı mövzulardan biridir. Problem ümumilikdə nəqliyyat axınının sürətinə, zolaqlar üzrə manevrlərin həyata keçirilməsinə və digər hərəkət proseslərinə birbaşa təsir göstərən əsas amillərdən biridir. Bu gün yol hərəkətinin təşkilində əsas məsələlərdən biri hərəkət iştirakçıları üçün nəzərdə tutulan yolların və təyinat nöqtələrinin düzgün təmin edilməsidir. Məsələn, avtobus zolağı birbaşa ictimai nəqliyyatın hərəkəti üçün nəzərdə tutulmalıdır. Lakin digər zolaqların və ya avtomobil yollarının hesabına yeni zolaqların ayrılması, yaxud ümumi istifadədə olan yol sahəsinin müxtəlif nəqliyyat vasitələri arasında yenidən bölüşdürülməsi digər hərəkət iştirakçıları üçün də müəyyən problemlər yaradır. Bu isə son nəticədə həm sürücülər, həm də sərnişinlər üçün müxtəlif çətinliklərə səbəb olur".

Bunu Redaktor.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Bakıda yol hərəkətinin təşkilində yolların və təyinat nöqtələrinin düzgün təmin edilməsindən danışarkən bildirdi.

Onun sözlərinə görə, yol hərəkəti iştirakçıları nəqliyyat vasitələrinin idarə olunması baxımından kifayət qədər həssas vəziyyətdədirlər:

"Velosiped zolaqlarının çəkilməsi, müxtəlif hərəkət elementləri arasında koordinasiyanın düzgün qurulmaması, avtobus zolaqları, piyada keçidləri, velosiped yolları, işıqforlar və digər infrastruktur elementləri yol hərəkətinin sürətinin müəyyənləşdirilməsinə və təmin olunmasına təsir göstərən amillərdir. Heç kim düşünməməlidir ki, bu amillərin hərəkətə təsiri yoxdur. Bəzi hallarda təsir birbaşa, bəzi hallarda isə dolayı xarakter daşıyır. Elə yollar var ki, həmin elementlərin təsiri birbaşa hiss olunur, elə yollar da var ki, təsir daha çox dolayı şəkildə özünü göstərir. Bu isə yolun xüsusiyyətlərindən və hərəkətin intensivliyindən asılıdır. İstər birbaşa, istərsə də dolayı təsirlər yol hərəkəti iştirakçılarına ciddi şəkildə təsir edir. Nəticə etibarilə, bu amillər insanların hərəkət təhlükəsizliyinə mənfi təsir göstərən səbəblər sırasında yer alır".

Xədicə BAXIŞLI

Seçilən
43
1
redaktor.az

2Mənbələr