AZ

Azərbaycanda Tiktoka görə 18 illik ailə dağıldı Canlıda danışdığın qız kim idi?

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Biləsuvar rayonunda 41 yaşlı kişi arvadına şiddət göstərib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1985-ci il təvəllüdlü Fərid yaşadığı evində arvadı Zöhrə (adlar şərtidir – red.) ilə mübahisə edib. 

Buna səbəb isə Fəridin “Tik-tok” sosial şəbəkəsində canlı yayın açaraq tanımadığı bir nəfər qadınla oyun oynaması olub. Bu məsələ ilə bağlı qadın ərinə irad bildirməsi səbəbindən aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi arvadını döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. İş üzrə ifadə verən Fərid ona elan olunmuş ittihamı qəbul edib və bildirib ki, məlum hadisə günü təxminən saat 21 radələrində evində olarkən “Tik-tok” sosial şəbəkəsində qaynı Elsevər və əmisi oğlu Ruslan ilə canlı yayında oyun oynayıb:“Oyun zamanı birimizin vasitəsi ilə tanımadığım bir nəfər qadın canlı yayımımıza qoşuldu. Canlı yayım bitdikdən sonra yoldaşım Zöhrə məndən həmin qadının nə səbəbə canlı yayıma qoşulmasını və onu tanıyıb-tanımadığımı soruşdu. Mən də həmin qadınla əlaqəmin olmamasını, onu canlı yayımda olan şəxslərdən birinin dəvət etdiyini bildirdim. Lakin Zöhrə mənə inanmadı və mənimlə mübahisə etməyə başladı. Onunla mübahisəni dayandırmaq üçün həyətə düşdüm və kabab çəkmək üçün manqalı yandırmağa başladım”. Təqsirləndirilən şəxs deyib ki, bu zaman Zöhrə yenidən danışa-danışa həyətə çıxarkən, evin giriş qapısında onun qabağına gedib və həyətə çıxmağına mane olmaq üçün onun üzərinə hücum edərək evə salmağa çalışıb: “Zöhrə evə girmək istəmədiyi üçün onu zərblə evin içərisinə doğru itələdim. Bu zaman onun başı evin qapısına dəydi. Zöhrə yenidən evdən həyətə çıxmaq istəyən zaman ona mane olmaq üçün qolumun yarı bükülü vəziyyətində dirsəyim ilə onun baş nahiyəsinə vurdum və itələyərək içəri saldım. Daha sonra Zöhrəni buraxdım. O, da evdə olan övladlarım Nuru, Məmməd və Ləmanı götürərək birgə getdi”. İş üzrə zərərçəkmiş Zöhrənin sözlərinə görə 18 ildir Fərid ilə ailəlidir: “Birgə nikahımızdan 3 övladımız var. Ərim Fərid spirtli içki aludəçəsi olduğu üçün mənimlə son illərdə kəskin dərəcədə mübahisələr edib. Sonuncu dəfə məlum hadisə günü, saat 18 radələrində Fərid işdən gəldikdən sonra evdə oturaraq spirtli içki qəbul etdi və bir-iki saat sonra “Tik-tok” sosial platformasında canlı yayım açaraq orada mənim qardaşım, öz əmisi oğlu və bir nəfər qadınla oyun oynadıqdan sonra canlı yayımı bağladı”. Zöhrə qeyd edib ki, təxminən saat 21 radələrində Fəridlə mübahisə etməyə başlayıb: “Mübahisəyə səbəb kimi isə mənim hər hansı bir qadınla canlı yayımda oyun oynamağını istəməməyini əsas gətirib:“Bizim aramızda sözlə mübahisə bir qədər davam etdikdən sonra Fərid həyətə düşərək kabab çəkəcəyini və yeyib- içməyə davam edəcəyini bildirdi. Həyətə düşdükdən sonra ünvanıma nalayiq formada ifadələri işlətməyə başladı. Bu səbəbdən mən də evin giriş qapısına gələrək həyətdə söyüş söyməməyi, nə sözü varsa, evdə gələrək deməsini bildirdi. Bu zaman Fərid üzərimə gələrək başıma yumruq zərbəsi endirdi. Mən də zərbənin təsirindən səntirləyərək arxaya getdim. Bu zaman başım evin qapısına dəydi. Mən dərhal qaçaraq həyətə çıxmaq istəsəm də, Fərid yenidən qapının ağzında üzərimə hücum etdi, baş və boyun nahiyələrimə yumruq zərbələri endirərək məni evin içərisinə doğru itələdi. Mən də evin içərisinə doğru çəkildim”. Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Fərid 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
demokrat.az

2Mənbələr