AZ

Alimlər beynin səhvlərdən necə öyrəndiyini aşkar ediblər

Beyin yeni hərəkətləri öyrənərkən edilən səhvləri xüsusi şəkildə emal edir. Bu proses insanın yerimək, velosiped sürmək və ya musiqi alətində çalmaq kimi bacarıqları zamanla daha yaxşı mənimsəməsinə kömək edir. 

“MedicalXpress” portalının məlumatına görə, alimlər yeni araşdırmada müəyyən ediblər ki, “beyincik” adlanan hissədə bəzi sinir hüceyrələri səhv siqnallarını gücləndirərək beyinə hansı hərəkətlərin düzəldilməli olduğunu bildirir. Bu sayədə insan hər təkrardan sonra hərəkətlərini daha dəqiq yerinə yetirməyi öyrənir. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, bu hüceyrələrin fəaliyyəti pozulduqda yeni hərəkətləri öyrənmək xeyli çətinləşir. 

Araşdırmanın nəticələri gələcəkdə insult və beyin zədələrindən sonra hərəkət qabiliyyətinin bərpasına kömək edən yeni müalicə üsullarının hazırlanmasına töhfə verə bilər.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
34
azerbaijan-news.az

1Mənbələr