AZ

"Reuters": ABŞ-də istehsal gücü son dörd ilin maksimumuna çatıb

ABŞ-də istehsal aktivliyi may ayında gözləntilərdən daha çox artaraq son dörd ilin maksimumuna çatıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" Təchizatın İdarəolunması İnstitutunun (ISM) məlumatlarına istinadən bildirir.

ISM-nin məlumatına görə, sənayedə işgüzar aktivlik indeksi (PMI, sektordakı aktivlik göstəricisi) aprel ayındakı 52,7-yə qarşı 54,0-a qədər yüksəlib - bu, 2022-ci ilin mayından bəri ən yüksək göstəricidir. 50-dən yuxarı dəyər istehsalın artması deməkdir. Sektor ardıcıl beşinci aydır ki, böyüyür və buna böyük ölçüdə süni intellektə edilən investisiyalar kömək edir.

Artım İranla münaqişə və Hörmüz boğazının bağlanması səbəbindən yaranan qıtlıq və qiymət artımı fonunda biznesin ilkin sifarişləri ilə əlaqədardır, bu isə tədarükləri pozaraq enerji, alüminium və gübrə qiymətlərinin artmasına səbəb olub.

Yeni sifarişlər indeksi 54,1-dən 56,8-ə yüksəlib, həmçinin ixrac və icra olunmamış sifarişlər də artıb. Tədarük indeksi 60,6 səviyyəsində qalıb - bu, logistikanın ləngidiyini göstərir (50-dən yuxarı dəyər tədarükün daha yavaş olması deməkdir).

Xammal qiymətləri indeksi 84,6-dan 82,1-ə enib, lakin 2022-ci ilin aprelindən bəri olan maksimumlara yaxın qalmaqda davam edir. Aprel ayında inflyasiya son üç ilin ən sürətli tempi ilə artıb, bu da Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcəsinin ən azı gələn ilə qədər 3,50-3,75% səviyyəsində saxlanılacağı gözləntilərini gücləndirir.

Sifarişlərin artmasına baxmayaraq, sənayedə məşğulluq zəif olaraq qalır: "ISM məşğulluq indeksi ardıcıl 32 aydır ki, azalma qeydə alır. 2025-ci ilin yanvarından bəri sektorda təxminən 77 000 iş yeri itirilib".

Seçilən
20
2
far.az

3Mənbələr