AZ

Rusiya Ermənistandan balıq idxalına məhdudiyyət qoyur

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) Ermənistan müəssisələrində aparılan yoxlamaların nəticələrini qənaətbəxş hesab etməyib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, qurum iyunun 2-dən etibarən Ermənistandan Rusiyaya ixrac edilən diri balıq və balıq məhsullarının sertifikatlaşdırılmasının dayandırılmasını tələb edib.

Məlumata görə, yoxlamalar mayın 21-27-də balıq emalı müəssisələrində, həmçinin forel yetişdirilən və saxlanılan təsərrüfatlarda aparılıb. Rosselxoznadzor bildirib ki, müəssisələrin yarısı təftişdən imtina edib.

Yalnız iki müəssisə yoxlamadan keçib. Həmin müəssisələrin məhsullarının Rusiyaya idxalına isə təhlükəsizlik göstəriciləri üzrə laborator nəzarət şərti ilə icazə veriləcək.

Seçilən
26
unikal.az

1Mənbələr