Britaniya hökuməti Mandelsonun səfir təyinatı ilə bağlı yeni sənədlər yayıb.
News365.az “Reuters”ə istinadla xəbər verir ki, Böyük Britaniya hökuməti iyunun 1-də Peter Mandelsonun Vaşinqtona səfir təyin olunması ilə bağlı sənədlərin ikinci hissəsini dərc edib.
Məlumata görə, bu təyinat Baş nazir Keir Starmerin qərarvermə qabiliyyəti və liderliyi ilə bağlı müzakirələrə səbəb olub. Starmer ötən il Mandelsonu vəzifəsindən uzaqlaşdırsa da, sonradan onu Böyük Britaniyanın ABŞ-dakı səfiri təyin edib.
Mandelsonun ABŞ-da cinsi cinayətlərə görə məhkum edilmiş və sonradan vəfat etmiş Cefri Epşteynlə əlaqələrinin olması barədə məlumatlar təyinatla bağlı tənqidlərə yol açıb. Bu ilin əvvəlində bəzi siyasətçilər və ictimaiyyət nümayəndələri Starmerin istefasını tələb ediblər.