AZ

"Arvadına söz keçirə bilməyən hansı kişilikdən DANIŞIR?"

"Arvadına söz keçirə bilməyən hansı kişilikdən DANIŞIR?"Aparıcı Şəbnəm Naibli ailə münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Milli.Az xəbər verir ki, tele-aparıcı kişi və qadın münasibətlərindən danışarkən ailədə yaranan problemlərin əsas səbəblərindən birinin kişinin ailədəki mövqeyi ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, qarşılıqlı hörmət və məsuliyyət ailənin möhkəmliyində mühüm rol oynayır.

Şəbnəm qeyd edib ki, qadın həyat yoldaşına hörmət etmədikdə və onun fikirlərini nəzərə almadıqda ailədaxili münasibətlərdə problemlər yaranır. Aparıcı ailədə söz sahibinin və məsuliyyət daşıyan tərəfin olmasının vacibliyini vurğulayıb.

O, həmçinin ailə tərbiyəsinin əhəmiyyətindən danışaraq bildirib ki, qız övladları böyüdükləri mühitdən gördüklərini gələcək ailə həyatlarında da davam etdirirlər. Aparıcının fikrincə, valideynlər övladlarına ailə dəyərlərini düzgün aşılamalıdırlar.

Şəbnəm Naibli əlavə edib ki, ailədaxili narazılıqların hər zaman ayrılıqla nəticələnməməsi üçün tərəflər problemləri dialoq yolu ilə həll etməyə çalışmalıdırlar. Bununla yanaşı, zorakılıq, laqeydlik və ya ciddi problemlər olduğu hallarda ailənin öz övladına dəstək verməsinin vacib olduğunu vurğulayıb:

"Qız bəzən ən kiçik səbəblərdən inciyib ata evinə qayıdır. Bir qadın həyat yoldaşına hörmət etmirsə, onun sözünü nəzərə almırsa, burada sağlam ailə münasibətlərindən danışmaq çətindir. Məncə, problem ilk növbədə kişinin ailədəki mövqeyi ilə bağlıdır. Əgər kişi ailədə söz sahibi ola bilmirsə, hansı kişilikdən danışa bilər? Kişinin sözü keçərli olmalı, qadın isə ailədəki yerini bilməlidir. Ana qızına düzgün tərbiyə verməlidir. Qız ailəsində hansı dəyərləri görürsə, gələcəkdə öz ailəsində də onları davam etdirəcək. Qadının əsas ailəsi qurduğu yuvadır. Ancaq əgər həyat yoldaşı ailəsinə baxmırsa, zorakılıq edirsə və ya qaynana tərəfindən zülm görürsə, o zaman ana öz qızına sahib çıxmalıdır. Yox əgər ortada ciddi səbəb yoxdursa, sadəcə "xoşuma gəlmədi" deyib evi tərk etmək, sonra isə geri qayıtmaq düzgün deyil".

Aparıcının bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər onun açıqlamalarına fərqli münasibətlər bildirərək mövzu ətrafında müxtəlif rəylər səsləndiriblər.

Seçilən
13
2
sonxeber.az

3Mənbələr