AZ

Premyer Liqada mövsümün ən yaxşı transferi açıqlandı

İngiltərə Premyer Liqasında 2025/26 mövsümünün ən yaxşı transferi açıqlanıb.

Sportal.az xəbər verir ki, bu nominasiyada "Mançester Yunayted"in qapıçısı Senne Lammens qalib olub. Məlumatı turnirin mətbuat xidməti yayıb.

Belçikalı qolkiper ötən yay "Antverpen"dən mankunianlıların heyətinə qoşulub və dərhal komandanın əsas oyunçularından birinə çevrilib. İngiltərədəki debüt mövsümündə qapıçı "Mançester Yunayted"in turnir cədvəlini üçüncü pillədə başa vurmasına kömək edib.

​Lammens Premyer Liqada 32 matça çıxıb, bu oyunlarda 79 seyv edib və 8 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. Komanda 23 yaşlı qapıçının meydana çıxdığı çempionat oyunlarının 28-də məğlubiyyət üzü görməyib.

​Mükafat uğrunda səsvermədə Lammens Viktor Dyökereş ("Arsenal"), Rayan Şerki ("Mançester Siti"), Joao Pedro ("Çelsi"), Dominik Kalvert-Lüin ("Lids"), Antuan Semenyo ("Mançester Siti"), Adrian Trüffer ("Bornmut") və Qranit Cakanı ("Sanderlend") qabaqlayıb.

saytlarin hazirlanmasi

Seçilən
17
sportal.az

1Mənbələr