AZ

Xırdalanda biabırçı mənzərə ürək bulandırdı FOTO

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən ərazilərdən birində antisanitar vəziyyət yaranıb. Belə ki, məişət tullantılarının nizamsız şəkildə ətrafa atılması nəticəsində ərazi zibil yığınına çevrilib.

Milli.Az xəbər verir ki, yaxınlıqda tullantı konteynerləri olsa da, bəzi sakinlər zibilləri ayrılmış yerlərə deyil, yolkənarı sahəyə atırlar. Bu da ətraf mühitin çirklənməsinə və xoşagəlməz mənzərənin yaranmasına səbəb olur.

Məsələ ilə bağlı aidiyyəti qurumdan bildirilib ki, sözügedən sahə özəl mülkiyyət hesab olunur və ərazinin təmiz saxlanılması ilə bağlı dəfələrlə xəbərdarlıq edilib. Bununla yanaşı, sakinlərə məişət tullantılarını yalnız nəzərdə tutulan konteynerlərə atmaq və ətraf mühitin qorunmasına məsuliyyətlə yanaşmaq çağırışı edilib. 

Asya

Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
news.milli.az

1Mənbələr