AZ

Enrike, Arteta...

style='margin-bottom:10px;'>

"Goal" portalı 2025/2026 klub mövsümünün ən yaxşı baş məşqçilərinin reytinqini açıqlayıb.

QOL.az xəbər verir ki, siyahıya PSJ ilə mövsümü 5 kubokla başa vuran Luis Enrike başçılıq edir. Paris təmsilçisi onun rəhbərliyi altında ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazanıb.

İkinci pillədə "Arsenal"ı 2004-cü ildən sonra yenidən İngiltərə çempionu edən və komandanı Çempionlar Liqasının finalına çıxaran Mikel Arteta yer alıb. İlk üçlüyü isə "Bavariya"nı Almaniya çempionu edən Vensan Kompani tamamlayıb.

İlk onluqda həmçinin Unai Emeri, Sesk Fabreqas, Hans-Diter Flik, Kristian Kivu, Andoni İraola, Françesko Farioli və Pyer Saj da qərarlaşıb. "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola isə 11-ci olub.

Seçilən
16
teleqraf.com

1Mənbələr