Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən qış mövsümünə qədər hərbi əməliyyatların dayandırılması istiqamətində hədəf qoyulduğu bildirilir.
Editor.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kyrylo Budanov açıqlama verib. Onun sözlərinə görə, dövlət başçısının əsas məqsədi mümkün qədər tez, xüsusilə qışa qədər döyüşlərin dayandırılmasına nail olmaqdır.
Budanov qeyd edib ki, Prezident Ofisi bu məqsədin reallaşdırılması üçün bütün mümkün addımları atmağa hazırdır.
Məlumatın bəzi media və sosial şəbəkə kanallarında yayıldığı bildirilir. Rəsmi qurumlar tərəfindən isə məsələ ilə bağlı əlavə təsdiqləyici açıqlama verilməyib.
//Samir Qurbanov, Editor.az