İsrailin Beyrutun cənub ətraflarında genişmiqyaslı hücum planlaşdırdığı, lakin ABŞ-ın müdaxiləsindən sonra əməliyyatın son anda təxirə salındığı bildirilir.
News365.az xəbər verir ki, planlaşdırılan zərbə bölgədə gərginliyi artırma potensialı daşıyıb.
ABŞ tərəfinin müdaxiləsindən sonra İsrail rəhbərliyinin əməliyyatı dayandırdığı qeyd olunur.
Hadisə ilə bağlı rəsmi tərəflərdən əlavə detallı açıqlama verilməyib. Diplomatlar regionda vəziyyətin daha da kəskinləşməməsi üçün təmasları davam etdirir.