AZ

Azərbaycan millisi Dünya Kubokuna qələbə ilə başladı

Qadınlardan ibarət Azərbaycan 3x3 basketbol millisi Polşanın paytaxtı Varşavada keçirilən Dünya Kubokunda ilk oyununu qələbə ilə başa vurub.

Bu barədə  90deqiqe.Az-a  Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Yığma qrup mərhələsinin açılış matçında Madaqaskar seçməsi ilə üz-üzə gəlib və 21:13 hesablı qələbə qazanıb.

Komanda qrup mərhələsində növbəti görüşünü bu gün keçirəcək. Azərbaycan millisi Bakı vaxtı ilə saat 22:20-də Niderland yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, millimiz Dünya Kubokunda növbəti mərhələyə yüksəlmək üçün mübarizəni davam etdirir.

 

Seçilən
29
90deqiqe.az

1Mənbələr