AZ

Qarnın təmizlənməsinin 5 üsulu

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Qarın təmizliyi həm gigiyena, həm də ləzzət baxımından olduqca diqqət tələb edən bir prosesdir.

Milli.Az xəbər verir ki, Azərbaycan mətbəxində xüsusi yeri olan qarın nahiyəsini qoxusuz və tərtəmiz etmək üçün 5 əsas qayda mövcuddur:

Soyuq su ilə ilkin təmizləmə

Qarın təmizliyinə başlamazdan əvvəl mütləq bol soyuq sudan istifadə edilmölidir.

Soyuq su səthdəki çirk və qan qalıqlarını yumşaldır, bu isə növbəti mərhələləri asanlaşdırır.

Qarnı suyin içində bir neçə dəfə yaxalamaq və hər dəfə suyu dəyişmək gigiyena baxımından zəruridir. Bu proses həm də pis qoxunun azalmasına kömək edir.

Duz ilə ovma üsulu

Duz, qarın təmizliyində ən təsirli təbii vasitələrdən biridir.

Qarnın səthinə bol miqdarda duz səpilərək yaxşıca ovulmalıdır, bu kirin parçalanmasını təmin edir. Duz eyni zamanda pis qoxuların yox edilməsinə kömək edir.

Bir neçə dəqiqə ovulduqdan sonra bol su ilə durulanmalıdır. Ehtiyac olarsa, bu proses iki dəfə təkrarlana bilər.

Sirkə və limon istifadəsi

Sirkə və limon asidik strukturları sayəsində bakteriya yaranmasını azaldır və qarnı daha gigiyenik edir.

Qarnın üzərinə sirkə tökərək bir müddət gözlətmək məsləhətdir. Limon şirəsi də kəskin qoxunun aradan qaldırılmasında və təravət hissinin yaradılmasında çox effektivdir. Bir müddət gözlətdikdən sonra məhsul tamamilə durulanmalıdır.

Qaynar su ilə şoklama

Qarın qısa müddətliyinə qaynar suya salınır. Bu şoklama prosesi səthdəki pərdələrin asanlıqla ayrılmasını təmin edir və mikrobları azaldır.

Qarnı qaynar suda çox uzun müddət saxlamaq olmaz, əks halda onun toxuması sərtləşə bilər. Şoklamadan sonra məhsul yenidən soyuq su ilə yuyulmalıdır.

Bıçaq və ya qazıma üsulu

İncə pərdələri və qalıqları təmizləmək üçün iti olmayan bir bıçaqla qazıma prosesi həyata keçirilir. Səth diqqətlə qazılaraq altındakı təmiz təbəqə üzə çıxarılır.

Bu mərhələdə çox təzyiq göstərmək qarna zərər verə bilər, ona görə də hər bölgə bərabər və diqqətlə təmizlənməlidir. Proses bitdikdən sonra son dəfə bol su ilə durulama edilməlidir.Lalə Qüdrətova

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
news.milli.az

1Mənbələr