AZ

"Çelsi" 50 milyonluq ulduzu 40 milyona rənglərinə bağlayır

Londonun "Çelsi" klubu hücum xəttindəki kəsri aradan qaldırmaq və Premyer Liqa təcrübəsinə malik keyfiyyətli futbolçu transfer etmək üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, "zadəganlar" "Vest Hem"in ingiltərəli hücumçusu Cerod Bouenin transfer şərtlərini yaxından dəyərləndirirlər.

Normal şərtlərdə "Vest Hem" rəhbərliyi İngiltərə millisinin üzvü üçün təxminən 50 milyon funt-sterlinq dəyər müəyyən etsə də, komandanın Çempionşipə düşməsi planları tamamilə dəyişib.

Yaranan bu əlverişli vəziyyətdən maksimum yararlanmaq istəyən "Çelsi" rəhbərliyi, transfer əməliyyatını yaxın günlərdə 40 milyon funt-sterlinq civarında bir məbləğlə tamamlamağa çox yaxındır.

Seçilən
1
1
fanat.az

2Mənbələr