ABŞ prezidenti Donald Tramp İsrail və “Hizbullah” arasında gərginliyin azaldılması ilə bağlı razılaşma əldə olunduğunu bildirib.
Musavat.com xəbər verir ki, Tramp bu barədə Truth Social hesabında yazıb.
O bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu ilə “çox məhsuldar” telefon danışığı aparıb.
“Beyruta doğru hərəkət edən heç bir qoşun olmayacaq. Yola çıxmış hər hansı qüvvə varsa, geri qaytarılıb”, — deyə ABŞ prezidenti Donald Tramp qeyd edib.
Tramp əlavə edib ki, yüksək səviyyəli nümayəndələr vasitəsilə “Hizbullah”la da “çox yaxşı” danışıq aparılıb.
Onun sözlərinə görə, tərəflər atəşin dayandırılması ilə razılaşıblar: İsrail “Hizbullah”a hücum etməyəcək, “Hizbullah” isə İsrailə hücum etməyəcək.
Musavat.com
