AZ

Senn Lammens İPL-də mövsümün ən yaxşı transferi seçilib

İngiltərə Premyer Liqasında azarkeşlər arasında keçirilən səsvermənin nəticələrinə əsasən ötən mövsümün ən yaxşı transferi müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, bu nominasiyanın qalibi “Mançester Yunayted”in belçikalı qapıçısı Senn Lammens olub.

23 yaşlı qolkiper yay transfer pəncərəsinin son günlərində “Antverpen”dən “qırmızı şeytanlar”a transfer olunub. Sövdələşmənin məbləği 21 milyon avro təşkil edib.

Lammens “Mançester Yunayted”lə 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulmuş uzunmüddətli müqavilə imzalayıb.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqada 32 oyuna çıxan qapıçı 39 qol buraxıb və 8 matçda qapısını toxunulmaz saxlayıb.

Seçilən
22
90deqiqe.az

1Mənbələr