AZ

Astana və Vaşinqton Orta Dəhlizin inkişafını nəzərdən keçirib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 1 iyun, AZƏRTAC

Qazaxıstan və ABŞ Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafını müzakirə edib.

AZƏRTAC Qazaxıstanın Energetika Nazirliyinə istinadla xəbər verir ki, bu məsələ Bakı Enerji Forumu çərçivəsində Qazaxıstanın energetika naziri Erlan Akkenjenov ilə ABŞ Dövlət katibinin iqtisadiyyat, energetika və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr arasında keçirilən görüşdə müzakirə olunub.

ABŞ tərəfinin fikrincə, əlavə logistika potensialının inkişafı ölkənin enerji siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. Bununla əlaqədar ixrac tədarüklərinin etibarlılığının təmin edilməsində əsas amil kimi nəqliyyat-logistika infrastrukturunun inkişafı məsələlərinə xüsusi diqqət yetirilib.

Erlan Akkenjenov vurğulayıb ki, Qazaxıstan dünya bazarları üçün enerji resurslarının etibarlı və məsuliyyətli tədarükçüsü olaraq qalır və energetika, infrastruktur, eləcə də dayanıqlı təchizat zəncirləri sahəsində ABŞ ilə əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
3
azertag.az

4Mənbələr