AZ

YAP Binəqədi rayon təşkilatı şəhid övladlarının iştirakı ilə bayram tədbiri keçirdi - FOTOLAR

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı tərəfindən Vətən müharibəsi şəhidlərinin övladlarının iştirakı ilə bayram tədbiri təşkil olunub.

"Unikal" xəbər verir ki, tədbirdə YAP Binəqədi rayon təşkilatının əməkdaşları, şəhid ailələri və şəhid övladları iştirak ediblər.

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərdən bəhs edib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıblar.

Bayram tədbiri çərçivəsində şəhid övladları müxtəlif əyləncəli atraksionlardan istifadə edib, idman yarışlarında və interaktiv oyunlarda iştirak edərək xoş vaxt keçiriblər.

Tədbirin sonunda şəhid övladlarına hədiyyələr təqdim olunub.

Seçilən
24
unikal.az

1Mənbələr