AZ

Rusiya Ermənistandan ərik, gilas və üzüm idxalına qadağa qoyur

Rusiya Ermənistandan ərik, gilas və üzüm idxalına qadağa qoyur

İnterpress.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) iyunun 2-dən etibarən Ermənistandan ərik, gilas və üzümün ölkəyə gətirilməsini qadağan edib.

Qurumdan verilən açıqlamaya görə, qadağa Ermənistandan idxal edilən bitkiçilik məhsullarında fitosanitar tələblərin pozulması ilə bağlıdır.

Məhdudiyyətlərin konkret nə vaxta qədər qüvvədə qalacağı barədə əlavə açıqlama verilməyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
33
interpress.az

1Mənbələr