Bu ölkədə ordu yoxdur -
Kosta Rika dünyada ordusu olmayan nadir ölkələrdən biridir. Metbuat.az xəbər verir ki, 1948-ci ildə baş verən vətəndaş müharibəsindən sonra ölkə rəhbərliyi tarixi qərar qəbul edərək daimi ordunu ləğv edib. Həmin qərardan sonra Konstitusiyaya da dəyişiklik edilərək hərbi qüvvələrin yaradılması qadağan olunub. Bunun əvəzinə ölkənin təhlükəsizliyi polis qüvvələri və xüsusi ictimai asayiş strukturları tərəfindən təmin edilir. Mütəxəssislərin fikrincə, ordunun ləğv olunması ölkənin sosial sahələrə daha çox vəsait yönəltməsinə imkan yaradıb. Hazırda Kosta Rika büdcəsinin böyük hissəsi təhsil, səhiyyə və ekoloji layihələrə sərf olunur.