AZ

​Krımda benzin 8 manata qalxıb Kreml söz verir, benzin vermir

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

İlhaq edilmiş Krımda yanacaq böhranı fonunda benzinin 1 litri 200-350 rubla(4.7-8 manat) təklif olunur. 

“AzPolitika” xəbər verir ki, bu barədə bəzi Rusiya media orqanları məlumat yayıb.

Məlumatda deyilir ki, sözügedən qiymətlər internet satış platformalarında peyda olub. Məsələn, “Avito”-da bəzi istifadəçilər AI-95 benzininin 20 litrlik bir konistrini 7000 rubla və ya litri 350 rubla satır. 20 litr benzini 5000 rubla (litri 250 rubl) da təklif edənlər var. Bunlar birbaşa YDM-lədə deyil, “qara bazar”da təklif ounan qiymətlərdir. YDM-lərdə isə benzin limitlə verilir və onu almaq üçün böyük növbələr düzülüb.

Krımın Rusiya tərəfindən təyin olunmuş başçısı Sergey Aksyonov hər avtomobilə 20 litr benzin limiti qoyub və kanistrlərin doldurulmasını qadağan edib.

Yanacaq böhranı fonunda ruslar Krıma tur sifarişlərini ləğv etməyə başlayıblar. Kreml də problemi etiraf edir. Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, hökumət bu problemi həll etmək üçün “bütün səviyyələrdə” çalışır.

Qeyd edək ki, yaranmış bu problem Ukrayna PUA-larının həm Rusiya neft emalı zavodlarını, həm də xüsusilə Krıma gedən quru yolunu vurması ilə bağlıdır.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
azpolitika.info

1Mənbələr