AZ

Rusiya neft emalında 16 il geriyə düşdü – Ukrayna zərbələrinin təsiri ağır oldu

Rusiyada neft emalının həcmi son illərin ən aşağı səviyyəsinə enib.

Musavat.com xəbər verir ki, Ukraynanın neft emalı zavodlarına endirdiyi silsilə zərbələrdən sonra Rusiyada neft emalının həcmi sutkada 4,58 milyon barelə qədər azalaraq 2009-cu ildən bəri ən aşağı göstəriciyə düşüb.

Məlumata görə, yaranmış vəziyyət fonunda ölkə daxilində benzin və aviasiya yanacağı qıtlığının qarşısını almaq məqsədilə Rusiya hakimiyyəti aviasiya yanacağının ixracını noyabr ayınadək qadağan edib.

Qərarın daxili bazarda benzin və kerosin ehtiyatlarının qorunmasına yönəldiyi bildirilir.

Musavat.com

Seçilən
93
35
musavat.com

10Mənbələr