AZ

"Barselona" onun üçün 110 milyon ödəyəcək?

İspaniya nəhəngi "Barselona" yay transfer pəncərəsində hücum xəttini dünya səviyyəli forvardla gücləndirmək üçün "düyməyə basıb".

Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu "Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhen üçün ağlasığmaz maliyyə paketi hazırlayıb.

Baş məşqçi Hansi Flikin xüsusi hesabatı və istəyi doğrultusunda hərəkətə keçən İspaniya təmsilçisi, nigeriyalı forvard üçün 110 milyon avro nağd transfer haqqı, növbəti satışdan 10% pay və əlavə 10 milyon avro bonus ehtiva edən nəhəng təklif təqdim etməyə hazırlaşır.

İstanbul klubunun rəhbərliyi isə ulduz futbolçuya olan bu kəskin maraqdan məmnun olsa da, rəsmi olaraq astronomik və tarixi bir təklif gəlmədiyi müddətcə Osimheni heyətdə saxlamaq niyyətindədir.

Seçilən
21
fanat.az

1Mənbələr