AZ

Tramp İsrail və "Hizbullah" arasında atəşkəsin uzunmüddətli olacağına ümid edir

BAKI, 2 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İsrail ilə Livanın "Hizbullah" hərəkatı arasında əldə olunan atəşkəsin daimi xarakter daşıyacağına ümid etdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp özünün "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

ABŞ lideri qeyd edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı ondan Beyruta qarşı genişmiqyaslı əməliyyat keçirməməyi xahiş edib.

"Bu gün Netanyahu ilə danışdım və ondan Livanın paytaxtı Beyruta qarşı böyük reyd keçirməməyi xahiş etdim. O da qoşunlarını geri çəkdi. Təşəkkürlər!" - deyə Tramp yazıb.

ABŞ Prezidenti əlavə edib ki, o, "Hizbullah" rəhbərliyinin nümayəndələri ilə də əlaqə saxlayıb və tərəflər qarşılıqlı hücumların dayandırılması barədə razılığa gəliblər.

"Onlar İsrailə və onun əsgərlərinə atəş açmağı dayandırmağa razı oldular. Eyni şəkildə İsrail də onlara atəş açmamağa razılıq verdi", - deyə Tramp bildirib.

ABŞ lideri atəşkəsin nə qədər davam edəcəyinin zamanla məlum olacağını vurğulayıb.

"Görək bu nə qədər davam edəcək. Ümid edirəm ki, həmişəlik olacaq", - deyə o əlavə edib.

Seçilən
99
teleqraf.com

1Mənbələr