AZ

PSJ prezidenti: Luis Enrike dünyanın ən yaxşı məşqçisidir

"Pari Sen-Jermen" (PSJ) futbol klubunun prezidenti Nasser Əl-Xelaifi ispan mütəxəssis Luis Enrikeni dünyanın ən yaxşı məşqçisi adlandırıb.

"Far.Az"un məlumatına görə, o, bu barədə "Ici Paris Ile-de-France" nəşrinə açıqlamasında bildirib.

Əl-Xelaifi Məşqçinin gələcəyi ilə bağlı suala cavab olaraq klubun tərəfdaşlıqdan tamamilə məmnun olduğunu qeyd edib.

"Məşqçi bizdən çox razıdır, Parisdən çox razıdır. O, PSJ-ni çalışdırmaqdan qürur duyur və biz də onunla fəxr edirik. O, dünyada ən yaxşı məşqçidir. Biz ondan çox razııq. Bilirsiniz bu nə deməkdir", - o deyib.

L.Enrikenin PSJ ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. "RMC Sport" daha əvvəl tərəflərin müqaviləni 2030-cu ilə qədər uzatmağı nəzərdən keçirdiklərini bildirib.

Seçilən
90
far.az

1Mənbələr