AZ

Tramp: İsrail və "Hizbullah" arasında daimi atəşkəsə ümid edirəm

ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın "Hizbullah" hərəkatı arasında atəşkəsin qorunub saxlanılacağına ümid etdiyini bildirib.

"Report"un məlumatına görə, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

Trampın sözlərinə görə, İsrailin Baş naziri Binyamin Netanyahu ilə danışıq aparıb və onu Beyrutda böyük əməliyyat başlamamağa çağırıb. ABŞ Prezidentinin sözlərinə görə, İsrail bundan sonra qoşunlarını geri çəkib.

Tramp həmçinin vəziyyəti İsrail və onun qoşunları ilə atəşkəsə razılıq verən "Hizbullah"ın nümayəndələri ilə də müzakirə etdiyini açıqlayıb.

O qeyd edib ki, İsrail də "Hizbullah" mövqelərinə hücumları dayandırmağa razılıq verib.

"Görək, nə qədər davam edəcək - ümid edirəm ki, bu, həmişəlik olacaq", - Tramp yazıb.

Seçilən
109
1
far.az

2Mənbələr