AZ

"Bloomberg": AK enerji böhranı səbəbindən Aİ-nin büdcə qaydalarını yumşalda bilər

Avropa Komissiyası (AK) Yaxın Şərqdəki münaqişənin yaratdığı enerji böhranını həll etmək üçün Avropa İttifaqı (Aİ) ölkələrinə büdcə güzəştləri etməyi nəzərdən keçirir.

"Report"un məlumatına görə, bu barədə "Bloomberg" mənbələrə istinadən xəbər verib.

Mənbələrin məlumatına görə, Avropa Komissiyası hərbi xərclər istisnalarına bənzər mexanizm tətbiq edə bilər ki, bu da üzv dövlətlərə Aİ-nin büdcə intizamını pozmadan enerji tədbirlərinə ÜDM-in təxminən 0,3 %-ni ayırmağa imkan verəcək.

Qeyd olunur ki, hələlik yekun qərarlar verilməyib və mümkün mexanizmin təfərrüatları müzakirə edilir.

Avropa İttifaqının dövlət büdcəsi kəsirlərinin ÜDM-in 3 %-dən çox olmamasını nəzərdə tutan sərt büdcə qaydaları var, əks halda ölkələr sanksiyalarla üzləşəcəklər. Avropa Komissiyası əvvəllər hərbi xərcləri ÜDM-in 1,5 %-nə qədər artırmaq üçün müvəqqəti istisnalara icazə verib.

Eyni zamanda, "Bloomberg"in məlumatına görə, Avropa Komissiyası hazırda Aİ ölkələrinin Rusiya qazını almaqdan imtina etməsində israrlıdır.

Seçilən
100
far.az

1Mənbələr