AZ

Bir çox cütlük səhv seçim edir: mütəxəssis seks üçün ən uyğun vaxtı açıqladı

Bir çox cütlük intim yaxınlığı axşam və ya yatmazdan əvvəl seçsə də, fizioloji baxımdan bu, hər zaman ən ideal vaxt hesab olunmur.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-nin Missisipi Universitetinin somnoloqu Maykl Brus "USA Today" nəşrinə danışıb.

Mütəxəssisin sözlərinə görə, gün ərzində orqanizmdə baş verən hormonal və bioloji proseslər cinsi istək və aktivliyə ciddi təsir göstərir. Axşam saatlarında bədən istirahətə hazırlaşmağa başlayır, melatonin hormonunun ifrazı artır. Bu isə yuxululuq, yorğunluq və cinsi marağın azalması ilə nəticələnə bilər.

Səhər saatlarında isə vəziyyət fərqli olur. Oyandıqdan sonra orqanizmdə enerji və ayıqlığı artıran kortizol hormonunun səviyyəsi yüksəlir. Bundan əlavə, kişilərdə səhər saatlarında testosteronun miqdarı günün digər vaxtları ilə müqayisədə daha yüksək olur ki, bu da cinsi istəyi və erektil funksiyanı gücləndirə bilər.

Brusun fikrincə, yüksək hormonal aktivlik, enerjililik və daha yaxşı ümumi əhval-ruhiyyə səhər saatlarını intim münasibətlər üçün daha əlverişli edir.

Seçilən
80
publika.az

1Mənbələr