AZ

Medvedev: Paşinyan axırda Avropaya qaçacaq -VİDEO

“Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvan Avropa İttifaqına (Aİ) dəvət olunana qədər Avrasiya İqtisadi Birliyinin (AİB) imtiyazlarından istifadə etməyə davam etmək, Rusiya və İttifaqın digər üzvlərinin hesabına pul qazanmaq istəyir”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

 

Təhlükəsizlik Şurasının sədr müavini Paşinyanın Ermənistanın AİB və ya Aİ-yə üzvlüyü ilə bağlı referendum çağırışına verdiyi cavabı Lev Trotskinin “nə müharibə, nə sülh, amma ordunu burax” sözləri ilə müqayisə edib.

 

“Avropa İttifaqına dəvət olunana qədər referendum keçirməyəcəyik, əlbəttə, sonra Avropaya qaçacağıq. Amma o vaxta qədər Avrasiya İqtisadi Birliyinin bütün imtiyazlarından istifadə edərək, Rusiya və Birliyin digər ölkələrinin hesabına pul qazanacağıq. Əlbəttə, çox yaxşıdır”, - Medvedev vurğulayıb.

 

Sonda D.Medvedev bu gün 51 yaşı tamam olan N.Paşinyanı ad günü münasibəti ilə təbrik edib.

 

Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəl Ermənistanın rəsmi olaraq Aİ-yə üzvlük üçün müraciət etməyincə və ya üzvlüyə namizəd statusuna çox yaxın olana qədər hansısa referendum keçirməsinin məntiqsiz olduğunu bildirmişdi.


Seçilən
12
3
senzor.az

10Mənbələr