AZ

Real ın qolkiperi daha bir klubun investoru oldu

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

"Real"ın və Belçika millisinin qapıçısı Tibo Kurtua "Genk"in investorlarından biri olub. Sport24.az xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb.

34 yaşlı qapıçı həmtəsisçisi olduğu "NxtPlay" investisiya platforması vasitəsilə Belçika klubuna yatırım edib. Tibo "Genk"in ilk xarici investoru olub. Qərar bazar ertəsi axşamı klubun ümumi yığıncağında rəsmi olaraq təsdiqlənib.

May ayında Kurtua İspaniyanın "Estremadura" klubunun həmtəsisçisi olub. Onun fondu olan "NxtPlay" İspaniya klubunda pay alıb. Klub prezidenti Daniel Tafur layihəni idarə etməyə davam edəcək. Kurtua həmçinin mövsümün sonunda 2010-cu ildən bəri ilk dəfə Liqa 1-ə qayıdan "Le Man"ın səhmlərini də əldə edib.

Qeyd edək ki, "Genk" başa çatan mövsümdə Jupiler Liqanı yeddinci pillədə başa vurub. Konfrans Liqasına vəsiqə uğrunda pley-offda isə Niki Hayenin komandası "Gent"ə uduzub (1-1, penaltilərdə 4-5). 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
sport24.az

1Mənbələr